Hadisə 

Ağcabədidə mikroavtobus avtomobillə toqquşub: Xəsarət alanlar var – FOTO

Ağcabədidə sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin H.Əliyev prospektində baş verib.

“Mercedes-Benz” markalı, 04-BO-112 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu VAZ-2107 markalı, 10-OF-442 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər