Dünya 

Moskvada 4 ölkə rəsmiləri görüşəcək

Bazar ertəsi (3 aprel – Red) Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavinləri arasında danışıqlar aparılacaq, bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.

Bu barədə “TASS” mənbəyə istinadən məlumat yayıb.

“Sabah xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr aparılacaq. Artıq bütün nümayəndə heyətləri Moskvaya gəlib”, – mənbə bildirib.

Daha çox xəbərlər