Azərbaycanda polimer istehsalına 200 min manat güzəştli kredit ayrılıb – FOTO
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda polimer məmulatlarının istehsalı layihəsinə 200 min manat güzəştli kredit ayırıb.
Bunu nazir Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, kredit Balaxanı Sənaye Parkının rezidenti – “Polimer Net Az Company” MMC-yə ayrılıb.

