7 nömrəli tam orta məktəbdə Şanlı Aprel döyüşlərinin 7 – ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
03 aprel 2023-cü il tarixdə Bərdə rayon 7 nömrəli məktəbdə “Aprel döyüşləri şanlı tariximizdir” adlı tədbir keçirilib. Tədbirə başlamazdan öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Diqqətə çatdırılıb ki, Aprel döyüşləri 2020-ci ildəki 44 günlük müharibədə qazanılan şanlı Zəfərin başlanğıcı idi. Yeddi il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırdı.
ARANTV.AZ
Nilufər Əliyeva




