Gündəm 

ADB Azərbaycanda iqtisadi artıma dair proqnozunu yaxşılaşdırıb

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3,5% çox olacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.

Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə 0,7 faiz bəndi çoxdur.

Bank gələn il isə Azərbaycanda 3,8% iqtisadi artım gözləyir.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4,4% (əvvəlki proqnoza nisbətən 0,2 faiz bəndi çox), gələn il isə 4,6% böyüyəcəyini proqnozlaşdırır.

Daha çox xəbərlər