3 saylı Uşaq Evində daha bir QALMAQAL – Direktor qızın saçını kəsdi – VİDEO
3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova uşağın saçı uzun olduğu üçün kəsib.
Sonxeber.az xəbər verir ki, bu barədə Tarix Əliyev instagram hesabında məlumat verib.
Qızını 3 saylı Uşaq Evinə yerləşdirən ana direktorun səbəbsiz yerə övladının saçını kəsməsinə etiraz edib:
Valideyn bildirib ki, direktor bu hərəkəti ilə qızına qarşı haqsızlıq edir: “Əgər orada uzun saça icazə yoxdursa niyə o birilərin açı kəsilməyib? Görünür, direktor ordakı uşaqlar arasında ayrı-seçkilik edir”.
Valideyni gəlib etiraz edib ki, o digər uzunsaçlı qızların saçlarını kəsməyib.
Sözügedən görüntüyə BURADAN baxa bilərsiz:
Qeyd edək ki, bu 3 saylı uşaq evi haqqında yayılan ilk belə xəbər deyil. Buna qədər də sosial şəbəkələrdə sözügedən uşaq evi ilə bağlı dəhşətli məlumatlar yayılmışdı. Təkcə ötən il Qurban bayramı ilə əlaqədar Uşaq evinə müxtəlif imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıq ət və heyvanların müəssisə rəhbəri Məhbubə Hüseynovanın tapşırığı ilə onun sürücüsü tərəfindən satıldığı iddia edilirdi. Özü də bu görüntüləri mətbuata 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva təqdim etmişdi. Onu da bildirək ki, ötən ilin oktyabrında 3 saylı Uşaq
Evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi araşdırma aparıb. Müəssisədə bəzi nöqsanlar müəyyən olunaraq müəssisə rəhbəri Məhbubə Hüseynovaya töhmət verilmişdi və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülmüşdü.

