Hadisə 

Bakıda taksi qəzaya düşüb: İki qadın xəsarət alıb

Bakının Binəqədi rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, taksi hərəkətdə olarkən digər bir avtomobillə toqquşub.

Hadisə zamanı taksidə olan sərnişinlər – 1990-cı il təvəllüdlü Qasımova Şahrun Şahin qızı və 1995-ci il təvəllüdlü İbrahimova Jalə Səfiyar qızı xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər