Uşaq evindən çıxan Məhəmməd: “Dəlixanada ömürlük qalaram, təki uşaqlara yaxşı yemək verilsin” – VİDEO
“Dəlixanada ömürlük qalaram, təki uşaqlara yaxşı yemək verilsin”.
BAKU.WS xəbər verir ki, bu sözləri “Ümid ilə gəl” verilişinə qonaq olan 16 yaşlı Məhəmməd Hacıyev deyib.
O, aparıcı və prodüser Tarix Əliyevə (Tolik) təşəkkür edib. Məhəmməd 3 saylı uşaq evində yaşanan qanunsuzluğun tez bir müddətdə aradan qaldırılacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirlən 16 yaşlı Məhəmməd Hacıyev ötən gün xəstəxanadan evə buraxılıb.
3 saylı uşaq evinin sakini olan 16 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlu 4-cü sinfə qədər 29 nömrəli tam orta məktəbdə fərdi təhsil alıb. 4-cü sinfi bitirdikdən sonra məktəbdən çıxıb.

