Hadisə 

Balaxanıda avtomobillər toqquşub: Xəsarət alan var

Bakının Sabunçu rayonunda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində İbişova Kifayət Nəbi qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər