Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilir

Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilir

Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilir.

“Report” xəbər verir ki, tədbirdə UNESCO üzrə 10 Afrika ölkəsinin Milli Komissiyalarının Baş katibləri iştirak edirlər.

Mərasimdə iclasın yekun bəyanatı səsləndiriləcək.

Qeyd edək ki, aprelin 7-də ADA Universitetində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov videomüraciət edib.

Tədbirdən sonra qonaqlar Şuşa şəhəri ilə yaxından tanış olacaq, “Qarabağ” Muğam qrupunun ifasında konsert proqramı təşkil ediləcək.