Tarixi Qələbə Heydər Əliyev ideyalarının təntənəsidir.
Bərdə Peşə Liseyinin müəllimi
Ramin Əmrahov.
Bu gün Ümummilli Liderin arzuladığı Qarabağ, onun tacı olan Şuşa tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat qayıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir. Müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. Mustəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir.Ulu Öndər Birinci Qarabağ müharibəsində atəşkəsə nail olmaqla, ölkədəki vətəndaş müharibəsini dayandırmaqla və quruculuq işlərinə başlamaqla dövlətimizin gələcək tarixində əsaslı dönüşün təməlini qoyub. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndər hakimiyyətə qayıtdığı gündən əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Azərbaycan haqqında qərəzli təbliğatlara real faktlarla cavab vermək, erməni yalanlarını ifşa etmək olub. Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu ərazi bütövlüyümüzün bərpasını sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışıb. Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaq. Nəyin bahasına olur-olsun”. 27 il sonra ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. İldən-ilə güc toplayan Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi. Ümimmili lider Heydər Əliyev bu günün gələcəyini bilirdi və vaxtılə uzaqgörənliklə söylədikləri bu gün artlq Azərbaycanın reallığıdır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağı işğaldan azad etməklə bu qələbəni Azərbaycan tarixinə qızıl hərflərlərlə yazdı. Ali baş komandan demişkən bu gün şəhidlərimizlə bərabər ulu öndər Heydər Əliyevin ruhuda şaddır.

