Vilayət Eyvazov onu istintaq şöbəsinin rəisi təyin etdi
Daxili işlər orqanlarında yeni təyinat olub.
ARANTV.AZ xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Pərviz Məmmədov vəzifədən azad olunub.
Digər əmrlə Pərviz Məmmədov Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin edilib.

