Cəmiyyət 

Nazir müavini: “Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür”

“Azərbaycan Mədəniyyət Strategiyası – 2040” sənədi üzərində işlər gedir”.

ARANTV.AZ-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr forumunda mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür:

“Bu tədbirlərin həyata  keçirilməsində Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın xüsusi əməyi var. Teatr hər zaman yenilənməli, çağdaş dövrə uyğunlaşmalıdır. Bu forumun məqsədi teatrın problemlərini və perspektivlərini müzakirə etməkdir”.

O qeyd edib ki, aprelin 20-22- də Kino Forumu keçiriləcək.

Daha çox xəbərlər