Bakıda gənc motosikletçini avtomobil vurub

Bakıda gənc motosikletçini avtomobil vurub

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1997-ci il təvəllüdlü Məşədiyev Nicat Hikmət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı motosikletin xəsarət alan sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.