Şəhid Elşad Həsənovun nəşi ailəsinə təhvil verildi – FOTO
Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşad Həsənovun nəşi Ağstafa rayon Xətai kəndinə gətirilib.
Publika.az–ın yerli bürosu xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilib.
10:06
Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri bu gün dəfn ediləcək.
Publika.az–ın yerli bürosu xəbər verir ki, şəhidimizin nəşi bu gün təxminən saat 11-də Ağstafa rayonuna gətiriləcək.
1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğlu bu gün doğulduğu Xətai kəndində torpağa tapşırılacaq.
Məlumat üçün bildirək ki, E.Həsənov müddətdən artıq həqiqi hərbi xidmətdə olan gizir olub, bir neçə ay öncə ailə həyatı qurub.
Allah rəhmət eləsin!







