Yol polisindən nümunəvi addım – FOTO
Bakıda DYP əməkdaşları yolda avtomobili xarab olan sürücüyə kömək ediblər.
ARANTV.AZ xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə foto paylaşıb.
“İndi çəkdim bu xoş fotonu. Ağa Neymətulla küçəsində Dövlət Yol Polisi əməkdaşları yolda texniki nasazlığı olan avtomobilə yardım göstərirlər. DYP əməkdaşlarının sürücü ilə davranışı, diqqəti çox qibtə olunan idi. Çox təəssüf ki, sürücülər avtomobillərinin texniki sazlığına ciddi yanaşmırlar və yolda problem olanda yolun ortasında avtomobil sönür, uzun tıxac yaranır” – deyə o, paylaşımda qeyd edib.


