Cəmiyyət 

Şəhid Səbuhi Tağıyevlə vida mərasimi keçirilir – YENİLƏNİB + VİDEO

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşi tutması nəticəsində şəhid olan Səbuhi Gündüz oğlu Tağıyevin nəşi ailəsinə təhvil verilib.

ARANTV.AZ xəbər verir ki, mərhumun cənazəsi Naxçıvan MR Şahbuz rayonunun Badamlı qəsəbəsinə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Badamlı qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

13:23

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşi tutması nəticəsində şəhid olan Səbuhi Gündüz oğlu Tağıyevin nəşi Naxçıvana aparılıb.

ARANTV.AZ  xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilməsi üçün Naxçıvan MR-in Şahbuz rayonunun Badamlı qəsəbəsinə aparılacaq.

Şəhidlə vida mərasimi doğulduğu evdə keçiriləcək.

 

Daha çox xəbərlər