Hadisə 

Laçında çoban minaya düşdü – YENİLƏNİB

Bu gün Laçın rayonu Sus kəndi ərazisində öküz otaran zaman çoban minaya düşüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, minaya düşən 2001-ci il təvəllüdlü Ramil Əzizovun sağ ayağının daban hissəsi amputasiya edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

14:56

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər