Xəbərdarlıq: Bu ölkəyə Azərbaycandan xurma aparanlar həbs olunacaq
Taylandın Kənd Təsərrüfatı Nazirliyi turistlərə xəbərdarlıq edib: Fitosanitar sertifikatı olmayan təzə meyvələrin ölkəyə gətirilməsi 20 min baht (580 dollar) cərimə və ya bir il həbs cəzası ilə nəticələnə bilər.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Asean News” məlumat yayıb.
Nəşrin məlumatına görə, Tailandın kənd təsərrüfatı naziri Raphat Çantarasrivonq vurğulayıb ki, həm taylandlı, həm də xarici turistlər bu qanuna tabedirlər və onun pozulması cərimələr və həbslə nəticələnə bilər.
İndi bir çox taylandlılar vətənlərinə qayıdır və turistlər dincəlməyə gəlir. Onlar özləri ilə Taylanddan daha ucuz olan xurma və üzüm kimi müxtəlif meyvələr gətirirlər. Xəbərdarlıq etmək istərdik ki, belə davranış qanun pozuntusudur”, – deyə nazir bildirib.
Çantarasrivonq əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi və Taylandın hava limanının ictimaiyyətlə əlaqələr departamenti qanunun tətbiqi üçün əməkdaşlıq edir. Bu qanun pozularsa, təqsirkarı həbs və cərimə ilə yanaşı, mübahisəli əmlakın, yəni xaricdən gətirilən meyvələrin müsadirəsi və məhv edilməsi də gözləyir.

