Zərifə Əliyevanın əziz xatirəsi daima qəlbimizdə yaşayacaq
Görkəmli elm adamları, ziyalıları, yaradıcı şəxssiyətlər onlardan yadigar qalan maddi və mənəvi irs münasib olduqları xalqın ,dövlətin ,eləcədə bəşəriyyətin sərvətidir. Hər bir xalq özünün istedadlı şəxsiyyətləri,elm və mədəniyyət adamları siyasi xadimləri ilə qürur duyur onların xatirələrini əziz tutur. Bu baximdan Azərbaycan xalqı xoşbəxt sayıla bilər. Ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib.Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Zərifə Əziz qızı Əliyeva 1923 – cü ildə 28 aprel tarixində dövrün görkəmli içtimai –siyasi və elm xadimi Əziz Əliyevin ailəsində, Şərur rayonun Şaxtaxtı kəndində dünyaya gəlmişdir. Ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942 – ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnistutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947 – ci ildə institu əla qiymətlərlə bitirir.
Qısa müddətdən sonra Zərifə xanım Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparır. Bu xəstəliyə qarşı təsirli müalicə üsüllarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyiniin daha geniş yayıldığı rayonlara gedir, həkim oftalmoloqlara məruzələr oxuyur,həmçinin əhali araında maarifləndirmə işi aparırdı. Zərifə xanım Moskvada Ümumittifaq Mərkəzi Həkimlərin Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaşlaşdırma kursunda həkim –oftolmoloq ixtisasına yiyələnir. Vətənə qayıdan Zərifə xanım 1949 – cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutununda elmi işçi kimi fəaliyyətə başlayır . 1950 – ci ildə isə aspiranturaya qəbul olunur .
O, bu müddətdə həm praktik əməli həkim faliyyəti ilə məşğul olaraq, həm də elmi axtarışlarını davam etdirir. Traxoma xəstəliyini aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım təqdiqat işini traxoma müalicəsi ilə bağlı məsələlərə , o dövr üçün yeni olan antibiotikdən – sintomisdən istifadə olunmasına həsr edir. Zərifə xanım Əliyevanın bu sahədə tədqiqatlarının nəticələri 1960 – ci ildə “ Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda uğurla müdafiyə etdiyi namizədlik dissertasiysında öz əksini tapmışdır. Zərifə xanəm yalnız çalışdığı instituda fəaliyyət göstərməklə kifayətlənmirdi. O ,respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda dır xüsusi xidmət göstərib. Zərifə xanım Əliyevanın bu sahədə gərgin fəaliyyəti tezliklə öz nəticələrini verdi. Belə ki , məhz onun təklif etdiyi müalicə metodunun respubilkada tətbiq olunması nəticəsində ölkəmiz bu xəstəlikdən xilas olmuşdur . Sonrakı illərdə Zərifə xanımın oftalmoloğiya elminin digər mümkün istiqamətləri üzrə təqdiqatları kilinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə müsbət təsir göstərmişdir . Zərifə xanım Əliyeva 1960-1967 – ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Bu sahədə apardığı dəyərli tədqiqatlara , gördüyü işlərə görə 1963- cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “ Oftalmologiya “ ixtisası üzrə böyük elmi işçi adını vermişdir. Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər ,akademik Zərifə xanım Əliyeva içtimai işlərdə də fəallıq göstərib . Keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü , Azərbaycan Sülhü Müdafiə Komitəsi sədirinin müavinin , “ Bilik “ Cəmiyyəti idarə Heyyətinin və keçmiş İttifaqının Oftalmoloqları Elmi Cəmiyyəti idarə Heyyətinin üzvi idi Zərifə xanım həm də “ Oftalmologiya xəbərləri “ jurnalının redaksiya heyyətinin üzvi olub. Böyük alim , fədakar insan,gözəl həyat yoldaşı, mehriban ana Zərifə xanım Əliyevanın əziz xatirəsi daimə qəlbimizdə yaşayacaqdir.
Nabat Rəfiyeva,
Bakı şəhəri Xətai rayonu 316 saylı körpələr evi-uşaq bağçasının müdiri,
YAP Xətai rayon təşkilatının üzvü

