Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər

Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər

“Azəristiliktəchizat” ASC, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparılır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, təbii olaraq nəticələrinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

“Mövcud qaydalara əsasən, noyabr ayının 15-dən aprelin 15-nə qədər davam edən mövsüm havanın temperaturuna əsasən tənzimlənir”.

İ.Mirzəliyev əlavə edib ki, istilik mövsümün tez başlaması asan məsələ deyil:

“Yeni təklifdə bu, noyabrın 1-də də ola bilər, noyabrın 5-də də ola bilər. Burada söhbət əlavə enerji resurslarından, vəsaitdən gedir”.