“Ən bahalı hədiyyəni keçmiş sevgilim alıb”
Müğənni Dilarə Kazımova keçmiş sevgilisinin ona bağışladığı hədiyyədən danışıb. ARANTV.AZ xəbər verir ki, sənətçi bu barədə News24-ə müsahibəsi zamanı söz açıb. Kazımova keçmiş sevgilisinin 8 mart Beynəlxalq Qadınlar Günündə ona it hədiyyə etdiyini deyib. Dilarə söyləyib ki, dördayaqlı dostu 12 il onun yanında olub. Buna görə də, onu ən dəyərli və qiymətli hədiyyə hesab edib.

