Dünya 

Türkiyədə 600 illik məscid zəlzələ nəticəsində yerlə bir oldu – VİDEO

Fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələ Hatayda 600 illik qədim məscidi də yerlə bir edib.

Hadisədən 2 aydan çox vaxt keçsə də, görüntülər Türkiyə mətbuatında yeni yayımlanıb.

Qeyd olunur ki, tarixi Mahremiyə məscidi Osmanlı imperiyası zamanında inşa olunub və Hatayın ən qədim məscidlərindən biri olub.

Mənbə: İHA

Daha çox xəbərlər