Hadisə 

Paytaxtda qadını motosiklet vurub

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Zarina Xasay qızı Abbasova yolu keçərkən onu motosiklet vurub.

Yaralı ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Daha çox xəbərlər