Dünya 

Sudanın Çevik Reaksiya Qüvvələri milli televiziya binasını ələ keçirib

Xartumun cənubunda Hərbi Hava Qüvvələrinin qərargahı ərazisində Sudan ordusu ilə çevik reaksiya qüvvələrinin bölmələri arasında toqquşmalar gedir.

Bu barədə “Əl-Cəzirə” telekanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.

Şənbə günü ordu komandanlığına qarşı çıxan xüsusi təyinatlılar ölkənin hava qüvvələrinə nəzarəti ələ keçirməyə çalışır.

Onların artıq Xartumdakı milli televiziya qərargahına nəzarəti ələ keçirdikləri vurğulanır.

Döyüşlərin davam etdiyi qeyd olunur.

Daha çox xəbərlər