Cəmiyyət 

Gəncədə Pasxa bayramı qeyd olunub

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd edilib.

ARANTV.AZ xəbər verir ki, Qərb bölgəsində yaşayan pravoslavlar ötən gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər.

Mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin və DQİDK Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri də iştirak ediblər.

Bu gün səhər bayram münasibətilə icra edilən ayinlərdən öncə Prezident İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar edilib.

Daha sonra Pasxa bayramında vacib sayılan bir sıra dini ayinlər icra edilib, şamlar yandırılıb, dualar oxunub.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Nevski Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.

Daha çox xəbərlər