Hadisə 

Ağstafada qadını maşın vurub

Ağstafada piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini – 1972-ci il təvəllüdlü Laləzər Əliyevanı yolu keçmək istəyən zaman avtomobil vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər