Sən demə…
Uzun sözlərdən qorxu hippomonstrosquipedaliofobiya adlanır. Bu fobiya sahibinin həyatını əhəmiyyətli dərəcədə pisləşdirir. Beləliklə, bu tip fobiyadan əziyyət çəkən insanlar uzun sözlərdən istifadə etməməyə, lakonik, kiçik sözlərdən və ifadələrdən istifadə edərək fikirlərini mümkün qədər qısa şəkildə ifadə etməyə çalışırlar.
Son illər ərzində mütəxəssislərin apardıqları araşdırmalara əsasən məlum olub ki, xroniki yorğunluqdan azad olmaq üçün hər gün təmiz bal yemək lazımdır.Alimlərin tövsiyələrinə görə, bunu əsasən səhər acqarına etmək məsləhətlidir. Həmçinin müəyyən olunub ki, bal xoşbəxtlik hormonunu stimullaşdıran təbii vasitədir.
Dubayda məktub göndərmək istəsəniz orada ünvanı qeyd etməyə ehtiyac yoxdur. Belə ki, hər bir insan xüsusi bazada qeydiyyatdadır və 10 nişanlı idendifikatora sahibdir. Siz sadəcə həmin idendifikatoru qeyd edirsiniz və poçt xidməti məktubu lazım olan yerə təslim edir.
Bir vaza suya 1 mq “Viagra” əlavə etsəniz, çiçəkləriniz iki həftəyə qədər solmayacaq. Bu, bir zarafat kimi səslənsə də, həqiqətdir. İsrail və Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, suyun içində həll olunan “Viagra” dərmanının kiçik konsentrasiyası kəsilmiş çiçəklərin saxlama müddətini iki dəfə daha artırır.
Məşhur “Forbes” jurnalında ən sağlam mətbəxə sahib olan ölkələrin reytinqində ilk yeri Yaponiya mətbəxi tutub. Yapon uzunömürlülüyün səbəblərindən biri onların ənənəvi rasionudur. Demək olar ki, bütün xörəklərin əsas hissəsini düyü təşkil edir. Bundan başqa, keçmişdə, Yaponiyada balıq istisna olmaqla əti demək olar ki, heç kim yemirdi. Ət hələ də burada çox populyar deyil. Uzun sözün qısası, yapon mətbəxini təsvir etmək üçün tək iki sözdən istifadə edə bilərik: “təbii və ahəngdar”.
Heç bilirdinizmi ki, bir neçə həftə ərzində hər gün 3 böyük yerkökü yesəniz qanınızda beta-karotin (sarı-narıncı piqment) səviyyəsi artacaq? Bu səbəbdən dəri rənginiz bir az dəyişə bilər. Dəqiq desək dərinin sarımtıl olması daha çox əl və ayaq altı nahiyələrdə özünü büruzə verir.
“McDonald’s” şirkəti “Happy Meal” məhsulu ilə dünyanın ən böyük oyuncaq distribüuteridir.
Bütün dünyada məşhurlaşan “Happy Meal”məhsulu qida sifarişlərinin təxminən 20% -ni təşkil edir. Üstəlik bu məhsul həm böyüklər, həm də uşaqlar tərəfindən sifariş edilir.
Sən demə, fillərin dəstəsinin bir üzvü öləndə onlar həmin cansız bədənin üzərinə torpaq ataraq onu örtməyə çalışmaqla bir növ qəbir yaradırlar.
10 ilə yaxındır ki, “250 ən yaxşı film” siyahısında ilk yerləri tutan “Şauşenqdən qaçış” filmi (“IMDb”yə və “Kino poisk” s görə) “Oscar” mükafatına 7 dəfə namizəd göstərilməsinə baxmayaraq onu əldə edə bilməyib.
Sən demə il ərzində “IKEA” kataloqu İncildən daha çox çap olunur.
Eyfel qülləsinin şəkillərini bir xatirə olaraq çəkmək istəyirsinizsə, “SETE”dən yazılı icazə almalısınız. Qeyd edək ki, gecə vaxtı gizli şəkildə qüllənin şəklini çəkib sosial media səhifənizdə paylaşsanız, Fransa qanunlarını pozmuş olursunuz.
Su və talanı qarışdırıb dondursanız, onda qeyri-adi bir buz parçası əldə edə bilərsiniz.
Üstəlik, bu buz parçası möhkəmliyi və digər xüsusiyyətləri baxımından betonla müqayisə edilə bilər. Yeri gəlmişkən, bu tip buzların adı ” pykerite”dir.
Qəribə səslənsədə, lakin ABŞ-ın bir çox əyalətində hələ də yetkinlik yaşına çatmayan bir şəxslə qanuni olaraq evlənmək mümkündür.
Məşhur zooloqlardan ibarət olan bir qrupun araşdırmaları nəticəsində müəyyən olub ki, sürünənlər, xüsusilə də timsahlar 1 × 4 metr hündürlüyə dırmaşa bilərlər. Üstəlik, timsahın yaşı nə qədər azdırsa, dırmaşma bacarığı bir o qədər də yaxşıdır.
Heç bilirdinizmi ki, sağlamlıq üçün ən təhlükəli spirtli içki pivədir? Bu barədə rusiyalı narkoloq, tibb elmlər namizədi Danil Pokrovski bildirib. Məşhur narkoloq bu içkinin qadağan edilməsinə çağırıb. Onun sözlərinə görə,spirt pivənin ən az zərərli tərkib hissəsidir. Pivəyə köpük, rəng, dad xüsusiyyətlərini verən kiçik komponentlər insan sağlamlığı üçün olduqca zərərli birləşmələrdir. Pokrovski qeyd edib ki, təkcə 375 ml həcmlik şüşədə kobaltın ( kardiotoksitdir) sutkalıq dozası var. Onun sözlərinə görə, pivə və onun tərkibindəki metal ölümcül xəstəliklərə kardiopatiya və ürək piylənməsinə səbəb ola bilər.
Son illər ərzində sübut olunub ki, üzüm, pomidor, papaya, nar, xurma, guava, avokado və hətta banan giləmeyvələrdir.
Hepardlar möhkəm nərildiyə bilmirlər. Onlar ancaq quşlar kimi cingildəyə və ya itlər kimi hürə bilirlər.
2003-cü ildə Cənubi Karolinada yerləçən “Immaculate Baking Company” tərəfindən dünyanın ən böyük peçenyesi hazırlandı. Bu nəhəng şirniyyatın diametri 31 m, çəkisi isə 18143 kq-dan çox idi. Əlbəttə ki, inanılmaz ölçülərdə olan bu peçenye xüsusi bir sobada təxminən 10 saat ərzində bişirilmişdi. Xırda dilimlərə doğranılaraq və xüsusi bəzədilmiş qutulara qoyulan bu şirniyyatlar insanlara 10 dollara satılır.
İlk ətriyyatçı müxtəlif yağları və çiçəkləri aromatik komponentləri qarışdıraraq ətirlər yaradan Tapputidir. Bu qız eramızdan əvvəl II minillikdə Mesopotamiyada yaşayırdı.
İsveçrə heyvan sevən bir ölkədir və heyvanlarını necə qoruyacağını yaxşı bilir. Məsələn, burada itlərin restoranlara getməsinə icazə verilir və onlar restoranda hətta yemək də yeyə bilərlər. Bundan əlavə, it sahibləri də ev heyvanlarına necə qulluq edəcəklərini bilmək üçün xüsusi dərslərə qatılmalıdırlar. İsveçrədə tək saxlanılan pişiklər gün ərzində ya bir insanla, ya da başqa bir pişiklə ünsiyyətdə olmalıdır.
ABŞ-ın Brigham Young Universitetinin psixoloqlarının apardığı araşdırmaya əsasən evliliyin ən təhlükəli dövrü bir çoxlarının düşündüyü kimi münasibətin 7-ci deyil, 10-cu ilidir. Araşdırmada iştirak edən qadınlar 30 ildən çox evli olanlar arasından seçilir. Onlara evlilikləri, münasibətləri ilə bağlı verilən suallar və edilən psixoloji testlər bu qənaətə gəlməyə əsas verib: qadınların evlilikləri ilə bağlı əsas şikayətləri evliliyin 10-cu ilindən sonra başlayır. Bu müddətdən sonra onlar həyat yoldaşları ilə tez-tez mübahisə etməkdən şikayətlənirlər. Ən maraqlı tərəfi isə bu fikirdə olan qadınların demək olar ki, hamısı həyat yoldaşları ilə sevərək evləndiklərini və evliliklərinin ilk illərini olduqca xoşbəxt yaşadıqlarını qeyd ediblər.
10-cu ildən sonra həyat yoldaşları ilə münasibətlərinin korlandığını deyən qadınlar, eyni zamanda, evliliyin 15-ci ilindən sonra münasibətlərinin əvvəlki qaydasına düşməyə başladığını bildiriblər.
Sən demə, gündə 3 ədəd banan yemək insult riskini azaldır. Bu qənaətə ingilis və italiyalı alimlər gəliblər. Alimlər bananın tərkibində olan kaliumun insan orqanizmində qan təzyiqinin artmasına mane olduğunu müəyyənləşdiriblər.
Samirə Tağıyeva, “İki sahil”










