Bu məktəblər distant təhsilə keçir
Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.

