Cəmiyyət 

Üç ayda 112 min hektar sahədə bitkilərin səpini aparılıb

Ölkədə yaz-tarla işləri aparılır və cari ilin yanvar-mart aylarında 112 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz az yazlıq bitkilərin səpini aparılıb.

ARANTV.AZ  xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib. Bu dövrdə 18,3 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 2,6 min hektarı dən üçün qarğıdalı), 29 min hektar sahədə kartof, 25,5 min hektar sahədə tərəvəz, 3,3 min hektar sahədə bostan bitkiləri, 1,7 min hektar sahədə dən üçün günəbaxan, 1,5 min hektar sahədə şəkər çuğunduru, 0,3 min

hektar sahədə pambıq, 31,8 min hektar sahədə çoxillik otlar və 0,6 min hektar sahədə birillik otlar əkilib.

Daha çox xəbərlər