İdman Region Xəbərləri 

Şahin Hərbi İdman Oyunlarının Bərdə rayon birinciliyinin qalibləri təltif olunub

ARANTV.AZ xəbər verir ki, 18 aprel 2023-cü il tarixdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin mükafatlandırılma mərasimi keçirilmişdir. Şəhid Alı adına şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Sektorunun müdiri Qurban Məmmədov çıxış edərək qalibləri təbrik etmişlər və zona birinciliyinə vəsiqə qazanmış Y.Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbin komandasına uğurlar diləmişlər. Qalib komandalar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli Diplomları ilə təltif olunmuşlar: I yer – Y.Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi II yer – N.Nərimanov adına 3 nömrəli tam orta məktəbi III yer – G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbi – Dövlət Gənclər siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsində və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi müstəsna xidmətlərə görə: Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Sektorunun metodisti Abbasov İsa Böyükkişi oğlu Bərdə rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşlar. – “Şahin” hərbi-idman oyununun rayon və zona mərhələlərinin keçirilməsində göstərdiyi xidmətlərə görə: İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Əliyev Anar Nazir oğlu, – “Şahin” hərbi-idman oyununun rayon birinciliyinə məktəb komandasını yüksək səviyyədə hazırladığına görə gənclərin çağırışaqədərki hazırlıq müəllimləri: Y.Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbin müəllimi Vəliyev Azər İsmayıl oğlu, G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbin müəllimi Abdullayev Mahir Cuma oğlu, N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin müəllimi Kərimov Kənan Şiraslan oğlu Bərdə rayon Gənclər və İdman İdarəsinin Təşəkkürnaməsi ilə, – “Şahin” hərbi-idman oyununun rayon birinciliyində hakimlər heyətinin tərkibində fəal iştirakına görə: Hüseynov Elçin Məhəmməd oğlu Əliyev Nürəddin Qəhrəman oğlu Yolçuyev Fəxrəddin Müsləddin oğlu Ocaqverdiyev Rəşad Fərhad oğlu Məmmədov Xaliq Adil oğlu Əliyev Fədai Nazir oğlu Rzayev Azər Arif oğlu Bərdə rayon Gənclər və İdman İdarəsinin Diplomları ilə təltif olunmuşlar.

Daha çox xəbərlər