Hadisə 

Suraxanıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobillərin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Rəşad Ziyadxan oğlu Məmmədov və 1998-ci il təvəllüdlü Elvin Surxay oğlu Əliyev xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər