Hadisə 

Bakıda avtomobil yanıb

Bakının Binəqədi rayonunda avtomobil yanıb.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobildə anidən yanğın baş verib.

Yanğın söndürülüb və onun digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Daha çox xəbərlər