Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə ÜDM 4,9% artıb”
“2023-cü ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektoru üzrə ÜDM 4,9% artaraq 16 milyard 959,8 milyon manat olub”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, qeyri-neft-qaz sektorundakı artım iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların müsbət nəticəsidir.

