“Cümə” məscidinə imam təyin edildi

“Cümə” məscidinə imam təyin edildi

Bakının Nərimanov rayonunda yerləşən “Cümə” məscidinə imam təyinatı olub.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, Ceyhun Rüstəmov məscidin imamı təyin edilib.

Qeyd edək ki, aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.