Cəmiyyət 

Bayram namazının qılınacağı vaxt açıqlandı

Sabah bayram namazının qılınacağı saat açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, Ramazan Bayramı ilə əlaqədar bayram namazı aprelin 21-də qılınacaq:

“Belə ki, bayram namazı “Təzə Pir” və Göy məsciddə sabah saat 09:00-da qılınacaq”.

Qeyd edək ki, Məşədi Dadaş Məscidində sabah saat 09:00-da, Xanım Fatimeyi Zəhra məscidində saat 08:00-da, İlahiyyat məscidində saat 08:00-da bayram namazı qılınacaq.

Daha çox xəbərlər