Prezidentdən ermənilərə növbəti sərt xəbərdarlıq
Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər
Prezident İlham Əliyev aprelin 18-də Salyan və Neftçala rayonlarına səfərləri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahəsinbədə gündəmlə bağlı önəmli açıqlamalar verib. Əvvəlcə işğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işlərindən və məcburi köçkünlərin məskunlaşdırılmasından danışıb. Bildirib ki, İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam edir. Nəticədə Böyük Qayıdışın ilk köçü reallaşıb. Belə ki, Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərindən olan məcburi köçkünlər artıq öz doğma kəndlərində yaşayırlar. 2023-cü ildə isə laçınlıların Laçına qayıdışı nəzərdə tutulub. O cümlədən keçmiş köçkünlər ilin sonunadək Zabux və Sus kəndlərinə də qayıdacaqlar.
Ölkəmizin başçısı sözügedən müsahibədə Ermənistanın son dövrlərdə törətdiyi hərbi -siyasi təxribatlardan da danışıb. Hətta ona və havadarlarına bu təxribatların cavabsız qalmayacağının anonsunu da verib. Bildirib ki, Azərbaycanın daxili işlərinə heç bir ölkə müdaxilə edə bilməz: «Yəni, Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.»
Bu, bir faktdır ki, Xankəndidəki separatçı ünsürlərin əsas simalarından olan Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan bu gün Qarabağa və Şərqi Zəngəzura ayaq basa bilmirlər. Qeyd edək ki, onlar İkinca Qarabağ müharibəsi başlayanda guya döyüşmək üçün Xankəndiyə gəlmişdilər. Ancaq Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi ilə dabanlarına tüpürüb qorxaqcasına İrəvana qaçdılar. Bu, Ermənistan tarixininin daha biabırçı bir dönəmi olmaqla «liderləri»nin necə aciz vəziyyətə düşdüyünü bütün dünyaya göstərdi. Prezident müsahibədə bu məqamlara da toxunaraq bildirib ki, biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə.»
Qeyd edək ki, bir neçə gün əvvəl İrəvanda keçirilən ağırlıq qaldırma üzrə Avropa çempionatında Azərbaycan Bayrağının yandırılması rəzilliyinə bütün dünya şahid oldu. Bu barbarlıq isə onların həm bir millət, həm də bir dövlət kimi acizliyinin növbəti təzahürü idi.
Bəli, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra Ermənistanda hələ də Azərbaycan Ordusunun qüdrətindən qorxu hissləri yaşanır. Ona görə də onlar üzbəüz döyüşlərdə deyil, öz şəhərlərində, kəndlərind,ə bir sözlə, Azərbaycan Ordusunun olmadığı yerlərdə bizim bayraqlarımızı yandırmaqla təskinlik tapırlar. Prezident İlham Əliyev müsahibəsində ermənilərin bayraq təxribatlarına dair də ciddi xəbərdarlıq etdi:«Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar… Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.»
Çox iyrən görüntü isə odur ki, Azərbaycan Bayrağının yandırılması Ermənistan hökuməti başçılarının gözləri qarşısında baş verdi. Beynəlxalq idman yarışında bayraq yandıran dığa isə nəinki cəzalandırıldı, əksinə, ondan bir «qəhrəman» düzəltməyə çalışdılar.
Ölkəmizin başçısı müsahibəsində bu məsələyə də konkret fikir bildirib: «Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir?»
Təbii ki, bu, onu göstərir ki, Ermənistanda azərbaycanofobiya və islamofobiya bu gün də davam edir, sabah da davam edəcək. Bu isə bir millət və dövlət kimi onların iflasını sürətləndirəcək. Çünki indi qisas hissi ilə deyil, ağılla, məntiqlə, mehriban qonşuluqla tərəqqiyə nail olmaq və beynəlxalq aləmdə mövqe qazanmaq mümkündür.

