Gündəm 

Qozbel hayları qəbir deyil, dəmir yumruq düzəldər

Ermənilərin vəhşiliyini, xəyanətkar, qaniçən  millət olmasını təsdiqləyən tarixi şəxsiyyətlərin çoxsaylı  fikirləri sanki bu  günlər üçün səsləndirilib. «Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaqlar, ya da  lənətləyəcəklər» söyləyən Fateh hökmdar Əmir Teymurun bu sözlərini  yada saldıqca deyirik: «Ulu Fateh, ruhun şad olsun.  Amma  ermənilərə göstərdiyin xoş rəftarın üçün səni  qınasaq incimə.» İsveç səyyahı Adam Metsin «Dərisi ağ qulların pisi ermənilərdir. Abır –həyaları yoxdur. Oğurluqları  olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında  yaxşı işləyirlər» ifadələrini yuxarıdakı  aforizmə əlavə  etsək  bu vəhşi  toplumun «tərcümeyi-halı» tam olmasa da nisbətən tamamlanar.

Maraqlıdır,  görəsən,  bu millətin ideoloqları da  daxil olmaqla  sıravi hayların onlar haqqında deyilən bu «qiymətləndirmələrdən»  xəbərləri varmı? Əgər ermənilər bir toplum kimi  deyilənləri  qəbul edirlərsə demək onları millət hesab etmək  də düzgün deyil.   Çünki  xalq kimi özünü  təsdiqləməyən,  millət kimi  keçmişi, tarixi, mədəni irsi olmayan  belə toplumlar  köçəri  tayfalardır.

Təkcə azərbaycanlılara deyil, bütünlükdə türk dünyasına düşmən münasibətini  əsrlərdən bəri davam etdirən,  soyqırımlar törədən, başqalarının əlində vasitə olan   erməni tayfası genlərində yaşatdıqları qəddarlıqlarını  son iki əsrdə daha çox büruzə veriblər.

Əvvəlki  erməni vəhşiliklərini sadalamağa ehtiyac yoxdur.  Artıq keçmişdə qalan «Dağlıq Qarabağ münaqişəsi»ni başladıqdan sonra  Qərbi Azərbaycanda,  respublikamızın digər rayonlarında yerli əhaliyə  qarşı törətdikləri vəhşiliklər bu köçəri tayfanın xislətini tam aşkar edir. Səmum yeli kimi səmtini tez-tez dəyişən, daha çox tula payı verənlərin əl-ayaqlarına yalmanan  haylar verdikləri vədlərini,  sözlərini ertəsi gün   dəyişən haramzadalardır. Çünki sözlərini «unudan» ermənilərin  siyasi hakimiyyətdə olan  qaniçən başçılarının «mərkəzdən qaçma» şoularının   çox şahidi olmuşuq. İkinci Qarabağ müharibəsində məğlub olduğu üçün kapitulyasiya aktını imzalayarkən tülkü cildinə  girən  baş nazir Nikol Paşinyan «arxalı köpək qurd basar» misalına uyğun  indi başqa, daha çox əcnəbi  havalarına oynayır.

Azərbaycan torpağı olan Qarabağın ermənilər yaşayan ərazilərində müvəqqəti  yerləşən Rusiya sülhməramlılarına,  Fransaya, İrana arxayınlaşan haylar  Vətən müharibəsindən sonra  havadarlarının onları meydanda tək qoyduqlarını unudublar.  Həmin müddətdən  keçən iki il yarım ərzində Ermənistan, onun havadarları, eyni zamanda, ona dəstək verən  beynəlxalq təşkilatlar, anti-Azərbaycan  qüvvələr rəşadətli  Silahlı Qüvvələrimizin gücünü, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin zərbəsini  dəfələrlə  hiss ediblər. Son vaxtlar dəstəkçilərinin təhriki ilə  təxribatlar törədən,  sülh sazişinin imzalanmasına mane olanların əmrlərini yerinə yetirən Paşinyan  Hayastanı gözləyən təhlükələri deyəsən tam anlamır.

Salyana səfəri zamanı  Azərbaycan Televiziyasına  müsahibəsində  Ermənistanın siyasi-hərbi  rəhbərliyini  bir daha ağıllı olmağa çağıran Prezident İlham Əliyevin  xəbərdarlıqları havadarlarına da  mesajdır.   Başqaları tərəfindən idarə olunan,  siyasətində  müxtəlif dəyişikliklər edən  Paşinyan bilməlidir ki,  toplananların yeri dəyişilsə də cəm dəyişmir. Yəni , Praqa və Soçi görüşlərində  Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etdiyini bildirən Paşinyanın sözündən qaçması mümkün deyil.  Vaxt uzatmaqla  ağalarından daha çox mənfəət götürmək istəyən   Paşinyanın Qarabağı rəsmən  Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması  riyazi hesablamalarda qəbul edilən dəyişilməyən cəmdir: «Qarabağ, Xankəndi Azərbaycandır.»

«Vaxtilə Qarabağ Ermənistandır və nöqtə» deyən  Paşinyan  bu gün «Qarabağ Azərbaycandır və nida!» sözlərimizi təkrar etməlidir. Çünki əgər «A» deyibsə «B» də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır» söyləyən Prezident İlham Əliyev ələbaxan Paşinyana dərs verir ki,  Qarabağ bizim daxili işimizdir. Başqa tərəflərin məsələyə qarışşıması yolverilməzdir.  Son xəbərdarlıq isə budur: «Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur.»

Beynəlxalq aləmdə qəbul olunub ki,  Qarabağın əsl tarixi   sahibləri azərbaycanlılardır. Heç vaxt  imkan verilməyəcək ki,  ərazimizdə kimsə at oynatsın.  Separatçılar  ya Azərbaycan Bayrağı altında yaşamağı qəbul etməli,  ya da ki, rədd olub getməlidirlər.  «Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə» sözləri ilə  haylara  ideoloqlarının hərəkətlərini təkrarlamağı  tövsiyə edən Prezident İlham Əliyev hayastan ətrafında quraşdırılan «hakimiyyət şou»sunun  iştirakçılarına  xəbərdarlıq edir. Dəfələrlə  edilən xəbərdarlıqlara baxmayaraq Azərbaycanın  sülh sazişi ilə bağlı təkliflərini qəbul etməyən, başqalarının girovuna çevrilən separatçılar torpaqlarımızdan rədd olub getməlidirlər. Haylar,  şələ-şülələrinizi  yığışdırıb Qarabağdan   hayastana, oradan da  cəhənnəmə  vasil olmağınızın vaxtı çatıb.

Daha çox xəbərlər