Cəmiyyət 

TƏBİB Lənkəranda qidadan zəhərlənənlərin vəziyyəti ilə bağlı məlumat yayıb

Aprelin 24-də qida zəhərlənməsi səbəbi ilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 10 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda bildirilib.

“Tibb müəssisəsinin müvafiq şöbəsində müalicə alan şəxslərin vəziyyətləri stabildir”, – deyə qeyd edilib.

Daha çox xəbərlər