Sofiyada Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb – YENİLƏNİB + FOTO
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
09:04
Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına doğru genişləndirməkdə davam edir.
Belə ki, aprelin 25-26-da Bolqarıstanın paytaxtı Sofiyada təbii qaz infrastrukturunun həcminin artırılmasına dair genişmiqyaslı sazişin imzalanma mərasiminin keçirilməsi gözlənilir.
Sənədi Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya tərəfi imzalayacaqlar.
Bu saziş Azərbaycan təbii qazının Bolqarıstan vasitəsilə Mərkəzi Avropaya çatdırılmasına imkan verəcək.

