Sosial 

Mayda əfv gözlənilir – 1700 müraciətə baxılıb

27 apreldə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

ARANTV.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev danışıb.

O bildirib ki, bu günə qədər komissiyanın 13 iclası keçirilib. İclaslarda 1700 müraciətə baxılıb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər Əfv Sərəncamının verilməsi gözlənilir.

Daha çox xəbərlər