Hadisə 

Bakıda 22 yaşlı gənc oğlanı avtomobil vurub

Bakının Sabunçu rayonunda 22 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Maştağa qəsəbəsində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Hüseyin Davud oğlu Əhmədovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər