Cəbhədən Xəbər 

Tərtərdə sürücünün yaralanması ilə nəticələnən mina partlayışının TƏFƏRRÜATI – YENİLƏNİB

Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayışı hadisəsinin təfərrüatı bəlli olub.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu danışıb.

Onun sözlərinə görə, hadisə ehtiyatsızlıqdan baş verib:

“Hadisə ehtiyatsızlıqdan baş verib. O bölgədə fəaliyyət göstərirdi. Daimi olaraq gedib-gəlirdi. Hazırda vəziyyəti yaxşıdır. Piyada əleyhinə mina olub. Pəncəsi minaya düşüb. Bərdə xəstəxanasındadır”.

09:46

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Bu barədə ANAMA məlumat yayıb.

Piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.

Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Daha çox xəbərlər