Bakıda zəncirvari qəza – FOTO

Bakıda zəncirvari qəza – FOTO

Bu gün səhər saatlarında Nərimanov rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ağa Nemətulla küçəsindəki tuneldə 4 avtomobil toqquşub.

“Ford”, “Honda”, KIA və “Infiniti” markalı avtomobillərin toqquşması nəticəsində ərazidə nəqliyyatın hərəkəti çətinləşib və sıxlıq yaranıb.

Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.