Cəmiyyət 

Kür suyunun səviyyəsində artım müşahidə olunur

Kür çayında suyun səviyyəsi artıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kür-Qıraqkəsəmən müşahidə məntəqəsinin məlumatına görə, hazırda Kür çayında suyun səviyyəsi 373 sm-dir.

Qeyd olunub ki, dünənki ölçmə ilə müqayisədə Kür suyunun səviyyəsində 36 sm artım müşahidə olunur.

Daha çox xəbərlər