Dünya 

İranda ayətullahın “Kalaşnikov”la qətlə yetirilmə anı – YENİLƏNİB + VİDEO

İranda Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymaniyə sui-qəsdin görüntüləri yayılıb.

Bankın təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərdə qatilin “Kalaşnikov”la silahlandığı və ayətullahın baş nahiyəsinə atəş açdığı görünür.

Həmin görüntüləri təqdim edirik:

13:10

İranda nüfuzlu ayətullah Abbas Əli Süleymani qətlə yetirilib.

Hadisə İranın Mazandaran ostanının Babülsər şəhərində yerləşən banklardan birində baş verib.

Silahlı şəxs Abbas Əli Süleymaniyə yaxınlaşaraq ona tapançadan atəş açıb.

Abbas Əli Süleymani hadisə yerindəcə keçinib.

Bankın mühafizə xidmətinin əməkdaşları qətli törədən şəxsi saxlaya biliblər.

Məlumat üçün əlavə edək ki, Abbas Əli Süleymani Dini Ekspertlər Şurasının üzvü olub.

Mənbə: Mehr

Daha çox xəbərlər