Cəlilabadda 64 yaşlı kişini ilan sancıb

Cəlilabadda 64 yaşlı kişini ilan sancıb

Cəlilabad rayon sakinini ilan sancıb.

“Report” xəbər verir ki, rayonun Çinar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü S.Fərəcov ilan sancması diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, o, əkin sahəsində işləyən zaman ilan onu sancıb.