Siyasət 

BMT-nin Rezident Əlaqələndiricisi Tərtərdəki mina partlayışı ilə bağlı paylaşım edib – FOTO

“Tərtərdə üç nəfərin faciəvi şəkildə həlak olması ilə nəticələnən mina partlayışı xəbəri məni dərindən kədərləndirdi. Fikirlərim onların ailələri və doğmalarının yanındadır”.

ARANTV.AZ  xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Nümayəndəsi Vladanka Andreeva “Twitter” hesabında paylaşıb.

“BMT-nin Azərbaycandakı Nümayəndəliyi gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycanın minalarla mübarizə səylərini dəstəkləməyə sadiqdir”, – Andreeva əlavə edib.

 

Daha çox xəbərlər