Ağstafada baş verən qəzada xəsarət alanların adları açıqlandı – YENİLƏNİB + FOTO/VİDEO
Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, bunlar 1999-cu il təvəllüdlü Xəlilov Orxan, Vəliyev Sənan, Şərifova Aydan, Şərifov Raul, Şərifov Ramin, İsgəndərova Günay, İsgəndərova Şölə və İsgəndərov Emindir.
Yaralıların müalicəsi Ağstafa Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
14:49
Ağstafadakı dəhşətli qəzada ölən və xəsarət alanların sayı açıqlandı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub:
“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar nəticəsində “Toyota” və VAZ-2107 markalı avtomobilin toqquşduğu məlum olub. “Toyota” markalı avtomobilin altı sərnişini yaralanıb, VAZ-2107 markalı avtomobildə olan beş nəfərdən üçü həlak olub”.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
14:23
Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, qəzada bir neçə nəfər ölüb, beş nəfərdən çox yaralı var.

