Gündəm 

“Heydər Əliyev və uşaqlar” adlı sərgi-guşə təşkil edilmişdir.

Mərkəzi Uşaq Kitabxanasında ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və uşaqlar” adlı sərgi-guşə təşkil edilmişdir.Heydər Əliyev deyir: “Uşaqlar bizim gələcəyimizdir.
Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin,
millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və
nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla
davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində
atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu
ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində
əhəmiyyətli rol oynayacağına zəmanət verir. Son illər ərzində sürətli inkişaf yolu
ilə irəliləyən Azərbaycanda tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq
kompleksləri ilə yanaşı uşaq mədəniyyət və incəsənət mərkəzləri də istifadəyə
verilib. Təbii ki, onların böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır.
ARANTV.AZ
Nilufər Əliyeva

Daha çox xəbərlər